APA-nın xəbərinə görə, qəza nəticəsində prospektlə hərəkət edən "10 VC 099" nömrəli "Nissan", "99 GJ 731" nörmərli "KİA" və "90 BV 787" nömrəli "Volkswagen" toqquşub.
Qəza nəticəsinə xəsarət alan olmasa da maşınlara ciddi ziyan dəyib. Hadisə yerinə Dövlət Yol Polisinin Yasamal Rayon Şöbəsinin əməkdaşları gəliblər. Aparılan ilkin araşdırmalar zamanı məlum olub ki, qəza sürücüsü xanım olan “Volkswagen”in işıqforda qəfil dayanması olub. Nəticədə arxadan gələn "Nissan" və "KİA" ona çırpılıb.
Qəza ilə bağlı Mətbuat prospektinin bir hissəsində nəqliyyat vasitələrin hərəkətində sıxlıq yaranıb. Yasamal rayon yol polisi əməkdaşları toqquşan avtomobilləri evakuatorlar vasitəsi ilə ərazidən uzaqlaşdırılıblar.
Faktla bağlı araşdırma aparılır.