Bakıda zəncirvari qəza: 10 avtomobil toqquşdu
17 dekabr 2012 10:35 (UTC +04:00)

Bakıda zəncirvari qəza: 10 avtomobil toqquşdu

Bu gün Bakı şəhərinin Qaradağ rayonu ərazisində zəncirvarı yol-nəqliyyat hadisəsi baş verib. Rayon polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Bakı Dairəvi yolunu Bakı-Qazax magistralına birləşdirən körpüdə, Lökbatan dairəsi kimi tanınan ərazidə 10 avtomobil toqquşub. Məlumata görə, səhər saatlarında yolun sürüşkən olması nəticəsində avtomobillərdən ikisi toqquşub. Daha sonra körpünün enişində daha 8  avtomobil idarəetmədən çıxıb və sürüşərək qəzaya uğramış maşınlara çırpılıb.

 

Qəza nəticəsində avtomobillərə ciddi ziyan dəyib. 3 nəfər yüngül xəsarət alıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3743

Oxşar yazılar