APA-nın xəbərinə görə, "Mazda" markalı avtomobil Koroğlu Rəhimov küçəsi ilə yüksək sürətlə hərəkətdə olarkən eyni küçə ilə əks istiqamətdə hərəkət edən "Nissan"ı vurub. Zərbə güclü olduğundan "Mazda"nın sürücüsü baş nahiyəsindən xəsarət alıb.
Hadisə yerinə gələn Təcili Tibbi Yardım yaralıya müdaxilə edib. Ərazidə xidmət göstərən Yol Patrul Xidmətinin əməkdaşları avtomobilləri cərimə meydançasına, sürücüləri isə polis şöbəsində aparıblar. Faktla bağlı araşdırma aparılır.