Oktyabrın 1-də Bakıda 5 yol qəzası baş verib. Lent.az-ın məlumatına görə, Suraxanı rayonunda “Volkswagen” markalı minik avtomobili idarəetməni itirib və yoldan çıxaraq yolun kənarındakı tikinti materiallarına çırpılıb. Nəticədə sürücü və iki sərnişin yaralanıb.
Suraxanı rayonunun Hövsan qəsəbəsində isə “Opel” və “VAZ 2106” markalı iki avtomobil toqquşub. Bu qəzada da 3 nəfər yaralanıb.
Xəsarətlə nəticələnən digər qəzalar isə Xəzər və Sabunçu rayonlarında qeydə alınıb.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, dünən baş verən qəzalarda ümumilikdə 9 nəfər yaralanıb.