Bakıda yol polisi inspektorunu döydülər
14 dekabr 2012 12:26 (UTC +04:00)

Bakıda yol polisi inspektorunu döydülər

Bakıda yol polisi əməkdaşı sürücü tərəfindən döyülüb. Yasamal rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı Fətəliyev Rəşad Əhməd oğlu Cəfər Cabbarlı küçəsində, 3 saylı şəhər Poliklinikasının yaxınlığında döyülüb. Yol polisi əməkdaşı həkimə müraciət edib.

 

R.Fətəliyev bildirib ki, xidmət vaxtı yol-hərəkəti qaydasını pozduğuna görə saxladığı sürücü ilə insident baş verib.

 

Məsələ ilə bağlı araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1979

Oxşar yazılar