Bakı şəhərinin Xətai rayonu ərazisində ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Həzi Aslanov küçəsi, 7-ci dairəvi küçə, ev 18-də 1984-cü il təvəllüdlü Ağayeva Zəminə Kamal qızı dəm qazından boğulub. 29 yaşlı Z.Ağayeva evin hamam otağında olarkən dəm qazından boğulub, onun meyitini ailə üzvləri aşkarlayıb.
Faktla əlaqədar araşdırma aparılır.
Qeyd edək ki, bədbəxt hadisə nəticəsində dünyasını dəyişmiş qız yeni ailə həyatı qurubmuş.