Xətai rayonunda transformator yanıb - <span style="color:red;">YENİLƏNİB
23 noyabr 2015 23:15 (UTC +04:00)

Xətai rayonunda transformator yanıb - YENİLƏNİB

“Yanğın transformatorun dam örtüyündə baş verib”.

 

Bu barədə APA-ya hadisə yerinə gələn “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib.

 

Onun sözlərinə görə, yanğın nəticəsində transformatora ciddi ziyan dəyməyib. Qısa zamanda yaxınlıqdakı binalara elektrik enerjisinin verilişi bərpa olunub.

 

***

 

Bakının Xətai rayonunda yanğın hadisəsi baş verib.

 

APA-nın məlumatına görə, Gəncə prospektində 4 binanı elektrik enerjisi ilə təchiz edən transformatorda yanğın olub.

 

Yanğınla bağlı əraziyə Fövqəladə Hallar Nazirliyinin Xətai  Rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın qısa zamanda söndürülüb, alovun digər sahələrə keçməsinin qarşısı alınıb.

 

Binalara elektrik enerjisinin verilməsində fasilələr yaranıb. Hadisə yerinə “Azərişıq” ASC-nin məsul işçiləri cəlb olunub. Hazırda yanğının nəticələrinin aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 316
avatar

Oxşar yazılar