Bakının Yasamal rayonunda yaşayış binasında baş verən yanğın nəticəsində binanın dam örtüyü 350-400 kvadratmetr sahədə yanıb.
APA-nın xəbərinə görə, bunu Yasamal rayon İcra Hakimiyyəti başçısının müavini Səməd İslamov bildirib.
Onun sözlərinə görə, yanğının səbəbləri əlaqədar qurumlar tərəfindən araşdırılacaq və müvafiq qərar veriləcək. Qeyd olunub ki, yanğın zamanı ziyan çəkən sakinlərə müvafiq yardım göstəriləcək.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qərargah rəisi Əkbər Novruzov deyib ki, ilkin ehtimala görə, yanğın elektrik naqillərində qısaqapanmadan baş verib.
Yanğın söndürülüb. Hadisə zamanı xəsarət alan olmayıb, sakinlər təxliyə edilib.
11:00
Bakının Yasamal rayonunda yaşayış binasında baş verən yanğın nəticəsində binanın dam örtüyü 350-400 kvadratmetr sahədə yanıb.
APA-nın xəbərinə görə, bunu Yasamal rayon İcra Hakimiyyəti başçısının müavini Səməd İslamov bildirib.
Onun sözlərinə görə, yanğının səbəbləri əlaqədar qurumlar tərəfindən araşdırılacaq və müvafiq qərar veriləcək. Qeyd olunub ki, yanğın zamanı ziyan çəkən sakinlərə müvafiq yardım göstəriləcək.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qərargah rəisi Əkbər Novruzov deyib ki, ilkin ehtimala görə, yanğın elektrik naqillərində qısaqapanmadan baş verib.
Hazırda yanğın lokallaşdırılıb. Hadisə zamanı xəsarət alan olmayıb, sakinlər təxliyə edilib.
10:40
Bakıda yaşayış binasında yanğın başlayıb.
APA-nın məlumatına görə, hadisə Yasamal rayonu İnşaatçılar prospekti 152-154 ünvanında yerləşən 5 mərtəbəli binada qeydə alınıb.
Binanın damında başlanan yanğının bir neçə mənzilə keçdiyi bildirilir. Sakinlər təxliyə olunub.
Hazırda yanğının söndürülməsi üçün tədbirlər görülür.
10:21
Bakıda yaşayış binasında baş verən dəhşətli yanğın davam edir.
Lent.az-ın məlumatına görə, Yasamal rayonu İnşatçılar prosespekti 44 "Hyatt Regens" oteli ilə üzbəüz yaşayış binasının damı hələ də yanır.
Bildirildiyinə görə, FHN-də yanğın "2 dərəcəli çağırış" kimi qiymətləndirilib. Yanğınsöndürənlər hadisə yerindədir və açıq alovun söndürməyə çalışırlar. Hazırda yanğın davam edir.
****
Bakıda yaşayış binasında yanğın başlayıb.
Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.
Yanğının qarşısının alınması üçün tədbirlər görülür.