Bakıda xarici vətəndaşın mənzilindən pul oğurlanıb. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, dekabrın 21-də Binəqədi rayonunun Rəsulzadə qəsəbəsində yaşayan Türkiyə vətəndaşı Ayhan Yıldızın evindən 850 manat oğurlanıb.
Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətmiş Ucar rayon sakini Afiyət İslamova saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.