Bakıda xarici ölkə vətəndaşları qumarxana açıb
03 may 2013 15:02 (UTC +04:00)

Bakıda xarici ölkə vətəndaşları qumarxana açıb

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən Nəsimi rayonu ərazisindəki çay evində qumarxana aşkarlanıb. Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, çay evinin icarədarları - Bakı şəhər sakini Timur Məhəmmədovun, Rusiya Federasiyası vətəndaşı Elşən Bəxtiyarovun və Ukrayna vətəndaşı Ruslan Şaripovun mərc oyunları təşkil etmələri müəyyən edilib.

Çay evinə baxış zamanı 5.000 manat dəyərində 322 ədəd qəbz kötükləri, 1 ədəd noutbuk, 1 ədəd printer, 3 ədəd televizor, 1 ədəd modem, 1 ədəd antena bloku, 1 ədəd "Ödənilib" sözü yazılmış ştamp və müştərilərdən alınmış 1636 manat, 13000 rubl və 100 dollar aşkar edilərək götürülüb.

Araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1474
avatar

Oxşar yazılar