Bakıda xadimə qadını evə aparıb başına oyun açdılar
04 iyun 2017 20:57 (UTC +04:00)

Bakıda xadimə qadını evə aparıb başına oyun açdılar

Bakıda mənzillərdə təmizlik işləri görən qadına qarşı cinayət törədilib. Lent.az xəbər verir ki, Sabunçu rayon sakini, 1985-ci il təvəllüdlü Ülkər Almazova (ad və soyad şərtidir) polisə müraciət edərək bildirib ki, tanımadığı 2 nəfər onun pulunu oğurlayıb.

 

Şikayətçinin sözlərinə görə, gecə saatlarında tanımadığı 2 nəfər onu Məhəmməd Hadi küçəsindəki evə gətirib və pul qarşılığında mənzili təmizləməyə başlayıb. O, mənzilin sanitar qovşağında olarkən həmin şəxslər çantasındakı 150 manat pulu götürüb.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 141
avatar

Nizam Rza

Oxşar yazılar