Bakıda və Bərdədə tövlə yanıb
22 noyabr 2015 09:36 (UTC +04:00)

Bakıda və Bərdədə tövlə yanıb

0

Bərdə rayonunda yanğın hadisəsi baş verib. Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Lək kəndində vətəndaşa məxsus ümumi sahəsi 48 kv.m olan tövlənin qamışdan ibarət çardağı 15 kv.m sahədə yanıbr. Tövlənin  qalan hissəsi yanğından mühafizə olunubr. Yanğın saat 07:26-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

 

Oxşar hadisə Bakıda da baş verib. Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 180 kv.m olan tövlənin çardağının yanar konstruksiyaları 50 kv.m sahədə və içərisinə yığılmış taxta tullantılar 3 kv.m sahədə yanıb. Tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 07:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 409

Oxşar yazılar