Bakıda uşaqların zəhərlənməsi ilə bağlı rəsmi məlumat yayıldı
14 dekabr 2012 14:37 (UTC +04:00)

Bakıda uşaqların zəhərlənməsi ilə bağlı rəsmi məlumat yayıldı

Bakı şəhər prokurorluğu və Bakı şəhər Baş Polis İdarəsi dekabrın 13-də saat 18:30 radələrində paytaxtın Binəqədi rayonu ərazisində yerləşən 138 saylı uşaq bağçasında qida məhsulundan kütləvi zəhərlənmə hadisəsi barədə birgə məlumat yayıb. Baş Prokurorluğun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, müəyyən edilib ki, qeyd edilən tarixdə nahardan sonra orada tərbiyə alan 230 uşaqdan 13 nəfərinin səhhəti pisləşdiyindən onlar Səhiyyə Nazirliyi 2 saylı Uşaq və 7 saylı Şəhər xəstəxanalarına «qida zəhərlənməsi» diaqnozu ilə yerləşdirilib. Hər iki xəstəxanada onlara müvafiq tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

 

Hadisədən dərhal sonra rayon hüquq mühafizə orqanlarının əməkdaşları Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşlarının iştirakı ilə hadisə yerində olub, uşaqların qəbul etdiyi qida məhsullarından təhqiqat üçün nümunələr götürülüb.

 

Fakta görə Binəqədi rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 200.3-cü (İstehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar edilib. Cinayət işi Baş Prokurorluğun rəhbərliyi tərəfindən xüsusi nəzarətə götürülüb. Hazırda  iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

 

 

          

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1458

Oxşar yazılar

Bakıda evdən 90 minlik  OĞURLUQ

Bakıda evdən 90 minlik OĞURLUQ

22 aprel 2025 , 15:40
Yeni doğulmuş körpəsini küçəyə atdı

Yeni doğulmuş körpəsini küçəyə atdı

22 aprel 2025 , 14:14
Bu rayonda bir gündə iki meyit  TAPILDI

Bu rayonda bir gündə iki meyit TAPILDI

22 aprel 2025 , 14:00
Mina qurbanları Vardanyanın məhkəməsinə əsa ilə gəldilər

Mina qurbanları Vardanyanın məhkəməsinə əsa ilə gəldilər

22 aprel 2025 , 13:53
Sumqayıtda parkda  meyit tapıldı

Sumqayıtda parkda meyit tapıldı

22 aprel 2025 , 13:39
Məktəbli qızları şantaj edən  əcnəbiyə ağır cəza verildi

Məktəbli qızları şantaj edən əcnəbiyə ağır cəza verildi

22 aprel 2025 , 13:32
Yol qəzası törədən polis saxlanıldı

Yol qəzası törədən polis saxlanıldı

22 aprel 2025 , 13:18
Kişini döyüb binadan atdılar

Kişini döyüb binadan atdılar

22 aprel 2025 , 12:38