Bakıda üç piyadanı maşın vurdu, biri öldü - YENİLƏNİB
12 may 2014 00:48 (UTC +04:00)

Bakıda üç piyadanı maşın vurdu, biri öldü - YENİLƏNİB

0

Bakının Səbail rayonu ərazisində minik maşını üç piyadanı vurub. APA-nın məlumatına görə, hadisə Salyan şossesində baş verib. Yüksək sürətlə hərəkətdə olan 10 AS 509 dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobil yol kənarında dayanan piyadaları vurub. Nəticədə piyadalardan 1-i ölüb, 2-si isə Şəhər Kliki Xəstəxanasına çatdırılıb.

 

Xəstəxanadan APA-ya verilən məlumata görə, xəsarət alanlar Zəfər Xəlilov və Xalid Cəbrayılovdur. Yol-nəqliyyat hadisəsi zamanı dünyasını dəyişən piyadanın şəxsiyyəti dəqiqləşdirilir.

 

Faktla bağlı Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3822

Oxşar yazılar