APA-nın məlumatına görə, qəza Azadlıq prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində qeydə alınıb.
Qəza nəticəsində "KİA" "Mercedes" və "BMW" markalı avtomobillər toqquşub. Hadisə şahidlərin verdiyi məlumata görə, qəza "KİA"nın sürücüsünün gözləmə nişanının tələbini pozması nəticəsində baş verib.
Qəzada xəsarət alan olmasa da avtomobillərə ciddi ziyan dəyib. Hadisə yerinə Dövlət Yol Polisinin Nəsimi Rayon Şöbəsinin əməkdaşları gəliblər. Qəza ilə bağlı sözügedən ərazidə nəqliyyatın hərəkətində sıxlıq yaranıb.
Hər üç avtomobil evakuator vasitəsi ilə hadisə yerindən uzaqlaşdırıldıqdan sonra yolda nəqliyyatın hərəkəti bərpa olunub. Faktla bağlı Dövlət Yol Polisinin Nəsimi Rayon Şöbəsində araşdırma aparılır.