Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində intepol xətti ilə saxlanılınan Türkiyə vətəndaşı Kadir Barmaksız Mehmet oğlunun Bolqarıstana ekstradisiya edilməsi ilə bağlı məhkəmə prosesi keçirilib. Lent.az-ın məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə Kadir Barmaksız çıxış edərək bildirib ki, onun heç bir təqsiri yoxdu:
"Bolqarıstana gedim, günahsız olduğumu sübut edəcəm".
Prosesdə qərar elan edilib. Qərara əsasən Kadir Barmaksız Bolqarıstana ekstradisiya edilib.
Qeyd edək ki, Kadir Barmaksız Mehmet oğlu Bolqarıstan gömrüyünə qaçaqmalçılıqla külli miqdarda tütün keçirməkdə təqsirli bilinib. Onun saxlanılması mümkün olmayıb. Bolqarıstan Kadir Barmaksızı interpol xətti ilə axtarışa verib. Kadir Barmaksız bu il Azərbaycanda saxlanılıb.