Bakıda türkiyəli biznesmenin qaçırılmış avtomobili tapıldı - <span style="color:red;">YENİLƏNİB
11 sentyabr 2017 16:34 (UTC +04:00)

Bakıda türkiyəli biznesmenin qaçırılmış avtomobili tapıldı - YENİLƏNİB

Bir neçə gün əvvəl Bakının Xətai rayonunda naməlum şəxs və ya şəxslər tərəfindən qaçırılanTürkiyə vətəndaşı Yazar Levent Servet oğluna məxsus olan avtomobil tapılıb. Lent.az xəbər verir ki, türkiyəli iş adamına məxsus olan "Seat İbiza" markalı minik avtomobili Nizami rayonu Rüstəmov küçəsində saz vəziyyətdə tapılıb.

 

Avtomobili qaçıran şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində iş aparılır.

 

 

*****

 

10 sentyabr

 

Bakıda aptekdən oğurluq edilib. Lent.az xəbər verir ki, Xətai rayonu Məhəmməd Hadi küçəsi 80 ünvanındakı aptekin sahibi, Türkiyə vətəndaşı Yazar Levent Servet oğlu polisə müraciət edərək bildirib ki, naməlum şəxs və ya şəxslər gecə saatlarında qapını sındırmaq yolu ilə oradan 300 manat götürüb. Həmin şəxslər aptekin siyirməsindən obyektin qarşısındakı “Seat İbiza” markalı avtomobilin açarını götürərək maşını da qaçırıblar.

 

Faktla bağlı araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 280

Oxşar yazılar