Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Səbail rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Bayıl qəsəbəsi Qurban Abbasov küçəsi 1-in qarşısında Məmmədov Əkbər Tofiq oğlu idarə etdiyi “Chevrolet” markalı avtomobillə Türkiyə vətəndaşı, 22 yaşlı Polat Oruca Samedadin oğlunu vurub. Piyada ağır vəziyyətdə 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.
Qeyd edək ki, qəzada yaralanan 22 yaşlı O.Polat tələbədir. O, hadisənin baş verdiyi Qurban Abbasov küçəsində yaşayır.