Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, iyunun 25-də saat 21 radələrində Binəqədi rayonunun Cavadxan küçəsində Bakı şəhər sakini Tural İsgəndərov idarə etdiyi “Nissan” markalı avtomobillə yolu keçən Türkiyə vətəndaşı Əziz Özgür Acımışı vurub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.