Bakıda traktor piyadanı vurub. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Suraxanı rayonunda şəhər sakini Rəfael Məmmədov idarə etdiyi “Cukuroba” markalı traktorla Elimxan Bayramovu vurub.
Xəstəxanaya yerləşdirilmiş E.Bayramov orada ölüb.
Faktla bağlı araşdırma aparılır.