Yanvarın 22-də Bakı şəhərinin Xətai rayonu ərazisində tikinti sahəsində bədbəxt hadisə baş verib. Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Nobel prospekti 15 ünvanında, söküntü işləri zamanı köhnə divar fəhlələrin üstünə uçub. Nəticədə fəhlələr - 1965-ci il təvəllüdlü Dadaşov Sabir Məhərrəm oğlu, 1990-cı il təvəllüdlü Hadıyev Nicat Əlibala oğlu, 1983-cü il təvəllüdlü Alıyev Sulqat İsmayıl oğlu və 1978-ci il təvəllüdlü Qurbanov Əsgər Arif oğlu ağır bədən xəsarətləri alıblar. Yaralılardan Ə.Qurbanov çox keçmədən ölüb. Digərlərinin vəziyyəti ağırdır.
Hadisə ilə əlaqədar araşdırma aparılır.