Taksi sürücüsü hədələyib avtomobilini əlindən aldılar
10 yanvar 2015 13:39 (UTC +04:00)

Taksi sürücüsü hədələyib avtomobilini əlindən aldılar

Bakıda taksi sürücüsünə bıçaqla hədə-qorxu gəlib, avtomobilini əlindən alıb qaçırıblar. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, yanvarın 10-da paytaxtın Binəqədi qəsəbəsinin ərazisində şəxsiyyəti məlum olmayan 2 nəfər Bakı şəhər sakini Natiq İsayevin idarə etdiyi “VAZ-2107” markalı avtomobilə sərnişin qismində oturub Ələt qəsəbəsinə gedəcəklərini bildiriblər. Ələt qəsəbəsinin ərazisində onlar N.İsayevi bıçaqla hədələyərək avtomobili ondan alıb gediblər.

 

Faktla bağlı araşdırma aparılır

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 160

Oxşar yazılar