Bakıda sürücü Nəqliyyat Departamentinin işçisinin qanını tökdü
28 iyun 2013 13:22 (UTC +04:00)

Bakıda sürücü Nəqliyyat Departamentinin işçisinin qanını tökdü

İyunun 27-də Bakıda Nəqliyyat Nazirliyinin əməkdaşı bıçaqlanıb. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Xətai rayonu Babək prospektində “Renault” markalı avtomaşının sürücüsü, Bakı şəhər sakini Elman Məmmədov aralarında baş vermiş münaqişə zəminində Nəqliyyat Departamentinin işçisi Namir Maqsudova bıçaqla xəsarət yetirib.

Xətai RPİ 37-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Məmmədov tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1793
avatar

Nizam Rza

Oxşar yazılar