Bakının Nizami rayonunda yanğın olub.
Lent.az-ın FHN-nin saytına istinadən xəbərinə görə, ümumi sahəsi 800 m² olan şirniyyat sexində sahəsi 12 m² olan, plastik materialdan ibarət ofis otağı, 38 m² sahəyə yığılmış kağız və plastik qutular yanmış, yüksək temperaturdan sexin lambirdən ibarət tavanı 200 m² sahədə əriyib.
Sexin qalan hissəsi yanğından mühafizə olunub.