Bakıda silsilə oğurluq edən qrup üzvləri saxlanılıb
01 oktyabr 2014 10:15 (UTC +04:00)

Bakıda silsilə oğurluq edən qrup üzvləri saxlanılıb

Bakıda silsilə oğurluq edən şəxslər saxlanılıb. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Nəsimi rayonunda cibgirlikdə şübhəli bilinən, əvvəllər məhkum olan-  İltifat Ağabalayevin, Mahir Bədəlovdun, Məhəmməd Bağırovun və Bisuddin Süleymanovun hər birindən 10 qramdan artıq tiryək aşkar edilərək götürülüb.

İstintaq zamanı məlum olub ki, bu şəxslər sentyabrın 17-də 28 May küçəsində yerləşən, Aygün Hacılıya məxsus ofisdən noutbuk oğurlayıblar. Sentyabrın 27-də həmin küçədəki mebel mağazasında masanın üzərindən İlqar Niftəliyevin mobil telefonunu, pencəyinin cibindən isə içərisində şəxsiyyət vəsiqəsi, sosial və bankomat kartları olan pul kisəsini götürüblər. Eləcə də, qrup üzvləri sentyabrın 29-da Puşkin küçəsində yerləşən mağazada Gülxara Niftiyevanın və Azadlıq prospektində yerləşən ticarət mərkəzində Ruhiyyə Aydınovanın əl çantalarından mobil telefonlar oğurlayıblar.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 619

Oxşar yazılar