"VAZ qənimi" tutuldu
23 sentyabr 2014 11:45 (UTC +04:00)

"VAZ qənimi" tutuldu

Bakıda maşın oğurluğu ilə məşğul olan şəxs saxlanılıb. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, avtomobil qaçırmada və oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Elşən Məmmədov sutulub.

Aparılan istintaq zamanı məlum olub ki, o, avqustun 30-na keçən gecə Suraxanı qəsəbəsi, A.Rzayev küçəsində Məcid Babayevə məxsus «VAZ-2107» və sentyabrın 14-də Əmircan qəsəbəsi, E.Həsənov küçəsində Elnur Babayevə məxsus «VAZ-21011» markalı avtomobilləri qaçırıb. Bundan sonra, E. Məmmədov sentyabrın 2-nə keçən gecə Suraxanı qəsəbəsi, 1-ci mədən küçəsində Taleh Gülüşova məxsus «VAZ-2106» markalı avtomobildən 30 manat, 4 ədəd səsgücləndirici və maqnitafon oğurlayıb.

 

Araşdırmalar davam etdirilir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 523
avatar

Səlcuq Elçin

Oxşar yazılar