Bakıda silahlı şəxs tutuldu
14 yanvar 2015 10:56 (UTC +04:00)

Bakıda silahlı şəxs tutuldu

Bakı sakinindən silah-sursat götürülüb. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a veilən məlumata görə, Xətai RPİ 35-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Bakı şəhər sakini 1985-ci il təvəllüdlü Elnur Güloğlan oğlu Cəbiyevin üzərindən soyuq silah hesab edilən avtomatik düyməli bıçaq götürülüb. Onun idarə etdiyi “Mercedes” markalı avtomobildən isə qundağı və lüləsi kəsilmiş İJ-K-16 X 7056UK markalı tüfəng, 5 ədəd 16 mm patron aşkar olunub.

 

Araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 232

Oxşar yazılar