Bakıda 31 yaşlı kişi odlu silahla qətlə yetirilib.
Nizami rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Keşlə qəsəbəsində qeydə alınıb.
Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Seymur Həmzə oğlu Məmmədov 1982-ci il təvəllüdlü Elçin Aftandil oğlu Fərəcovu odlu silahla güllələyib. Nəticədə xəstəxanaya çatdırılan E. Fərəcovu xilas etmək mümkün olmayıb.
Hadisənin motivi hələlik məlum deyil.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.