Bakının Nərimanov rayonunda yanğın hadisəsi qeydə alınıb.
APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Nərimanov rayonunda ümumi sahəsi 350 m2 olan ikimirtəbəli, mansarda tipli tikilinin (səsyazma studiyası kimi fəaliyyət göstərir) 2-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 35 m2 sahədə və 1 ədəd qapı yanıb.
Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.