Bakıda sərnişin avtobusları qəza törətdi: 2 ölü
11 yanvar 2013 12:38 (UTC +04:00)

Bakıda sərnişin avtobusları qəza törətdi: 2 ölü

Yanvarın 10-u saat 21:00 radələrində Bakı şəhərinin Sabunçu rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, Maştağa qəsəbəsi ərazisində Vüqar Cəbrayılov idarə etdiyi, 107 saylı marşrut üzrə hərəkət edən «Daewoo» markalı avtobusla Mikayıl Rzayevi vurub. Piyada hadisə yerində ölüb. Faktla əlaqədar cinayət işi açılıb, araşdırma aparılır.

 

Həmin gün daha bir oxşar hadisə Gəncə prospektində qeydə alınıb. Tofiq Məmmədov idarə etdiyi «Mersedes» markalı mikroavtobusla Dürdanə Sultanovanı vurub.

Qadın hadisə yerində ölüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2115

Oxşar yazılar