Bakıda sərnişin avtobusu yandı
03 fevral 2015 18:03 (UTC +04:00)

Bakıda sərnişin avtobusu yandı

Bakıda sərnişin avtobusu yanıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbərinə görə, Binəqədi rayonunda “TRANSQEY ” MMC-yə məxsus “DAEVOO” markalı sərnişin avtobusunun mühərrik hissəsi və salonunda 5 ədəd  arxa oturacaq yanıb. Yüksək temperaturdan avtobusun içərisində olan plastik materiallar əriyib. Avtobusun qalan hissəsi yanğından mühafizə olunub. 

Faktla bağlı araşdırma aparılır.

# 49
avatar

Oxşar yazılar