Bakıda saxta pul kəsən nigeriyalılar şikayət etdi
10 mart 2016 14:53 (UTC +04:00)

Bakıda saxta pul kəsən nigeriyalılar şikayət etdi

 

Bakıda saxta pul və ya qiymətli kağızlar hazırlamaqda təqsirləndirilən Nigeriya vətəndaşları Obu Onyedika Moses və Nvadike Emmanuel Chinyeren birinci instansiya məhkəməsinin hökmündən şikayət verib.

 

Lent.az-ın məlumatına görə, şikayət baxılması üçün Bakı Apellyasiya Məhkəməsinin hakimi İlqar Murquzovun icraatına verilib.

 

Qeyd edək ki,  keçən il aprel ayında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumat əsasında Nigeriya vətəndaşları Obu Onyedika Moses və Nvadike Emmanuel Chinyere Bakının Nəsimi rayonu ərazisində 50 ədəd saxta 100 dollarlıq əskinasları satarkən saxlanılıblar.  Obu Onyedika Moses və Nvadike Emmanuel Chinyere Cinayət Məcəlləsinin 204.3.2-ci (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunurlar.

 

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən  prosesdə  ilə hər iki şəxs 10 il müddətinə azadlıqdan məhrum edilib. Onlar bu hökümlə razılaşmayaraq apellyasiya şikayəti veriblər.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 364
avatar

Səlcuq Elçin

Oxşar yazılar