Bakıda Rabitə Kollecinin sabiq direktor müavini həbs edilib
23 aprel 2014 12:21 (UTC +04:00)

Bakıda Rabitə Kollecinin sabiq direktor müavini həbs edilib

Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin sabiq direktor müavini həbs edilib.

 

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə axtarışda olan 64 Əliyev Ələmdar Müzəffər  tutulub.

 

Yasamal Rayon Polis İdarəsindən APA-ya bildirilib ki, Ə. Əliyev Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin sabiq direktor müavinidir. Hələ 2013-cü ildə onun qanunsuz hərəkətləri barədə Ağcabədi rayon sakinlərinin müraciətləri Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılıb. Araşdırma zamanı kollecin direktor müavini Ələmdar Əliyevin qulluq mövqeyindən istifadə etməklə müxtəlif vaxtlarda Ağcabədi rayon sakinlərindən onların övladlarını kollecə qəbul etdirəcəyi adı altında ümumilikdə 5 200 manat məbləğində pul vəsaitini alaraq aldatmasında şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 178.2.3-cü (qulluq mövqeyindən istifadə etməklə dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.

 

Bu ilin fevralında Ə. Əliyevin cinayət işi baxılması üçün məhkəməyə göndərilib.

 

Lakin Məhkəmə Ə. Əliyevi həbs etməyib. Bundan narazı qalan şikayətçilər yenidən onun qanunsuz əməlləri barədə vəsatət qaldırıblar. Bunun əsasında onun barəsində həbs qətimkan tədbiri seçilib və barəsində axtarış elan olunub. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 982
avatar

Oxşar yazılar