Bakıda qəzaya düşmüş 13 nəfər xəstəxanalara yerləşdirilib
25 dekabr 2012 10:31 (UTC +04:00)

Bakıda qəzaya düşmüş 13 nəfər xəstəxanalara yerləşdirilib

Dekabrın 24-də şəhərdə 8 ağır yol-nəqliyyat hadisəsi baş verib

 

Dekabrın 24-də Bakı şəhərində 8 yol-nəqliyyat hadisəsi baş verib. Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, baş vermiş hadisələr nəticəsində  bədən xəsarəti almış 13 nəfər xəstəxanalara yerləşdirilib. Paytaxtın Sabunçu və Suraxanı rayonları ərazisində avtomobillərin toqquşması nəticəsində hər bir hadisə yerindən 3 nəfər olmaqla xəstəxanalara aparılıb. Yasamal rayonunda isə avtomobilin maneəyə çırpılması nəticəsində 2 nəfər yaralanıb.

 

Digər 5 hadisənin hər birində isə 1 nəfər xəsarət alıb.

 

Qeyd edək ki, hadisələrə əsasən yağıntılı hava şəraitində sürət həddinin düzgün seçilməməsi səbəb olur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1245

Oxşar yazılar