Bakıda qətl törədən qardaşların məhkəməsi başladı
09 aprel 2015 15:49 (UTC +04:00)

Bakıda qətl törədən qardaşların məhkəməsi başladı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə və xuliqanlıqda təqsirli bilinən Bakı şəhər sakinləri Elvin Əhmədli, Samir Zeynalov və onun qardaşı Sənan Zeynalovun cinayət işi üzrə məhkəmə prosesinə start verilib.

 

Lent.az-ın məlumatına görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası olub. Prosesdə onların anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı aprelin 14-nə təyin edilib.

 

Qeyd edək ki, qətl ötən ilin noyabrın 1-də saat 02:40 radələrində, Yasamal rayonu M.Həsənov küçəsində baş verib. Münaqişə zamanı Bakı şəhər sakinləri - Rəsul Süleymanov ürək nahiyəsindən aldığı bıçaq xəsarətindən xəstəxanaya aparılarkən yolda ölüb, Tofiq Mehdiyev kürək nahiyəsinin daxilə nüfuz edən xəsarətlə xəstəxanaya daxil olub.

 

Münaqişənin digər iştirakçıları Şirvan şəhər sakinləri - Sakit Qasımzadə və qardaşı Səfər Qasımzadə əl nahiyələrinin kəsilmiş xəsarətləri ilə Travmatologiya İnstitutuna daxil olublar.


Yasamal Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi, Narkotiklə Mübarizə Bölməsi və 29-cu Polis Bölməsinin keçirdiyi əməliyyat –axtarış tədbirləri nəticəsində, hadisənin törədilməsində şübhəli bilinən Elvin Əhmədli saxlanılıb. Əməliyyat tədbirləri nəticəsində R.Suleymanovu qətlə yetirən, T.Mehdiyevə xəsarət yetirən Bakı şəhər sakini Sənan Zeynalov və onun qardaşı Samir tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 122
avatar

Səlcuq Elçin

Oxşar yazılar