Bakıda qəribə olay: bir ay sürülməyən maşın qəfil yandı
18 dekabr 2015 03:31 (UTC +04:00)

Bakıda qəribə olay: bir ay sürülməyən maşın qəfil yandı

0

Bakının Yasamal rayonunda yanğın hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, hadisə rayonun Həsən bəy Zərdabi küçəsindəki  qeydə alınıb. Belə ki, dayanacaqda dayanan "JEEP" markalı avtomobil  qəfil yanmağa başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə İdarəsinin Yasamal rayon hissəsinin  yanğınsöndürənləri  cəlb olunub. Yanğın tez bir zamanda söndürülüb.

 

Alovun ətrafa yayılmasını qarşısı alınıb. Avtomobilin sahibinin sözlərinə görə, maşını bir aya yaxındır ki, idarə etmir. Avtomobili dayanacaqda saxlayıb. İşlək vəziyyətdə olmayan avtomobildə baş verən yanğını FHN-nin  mütəxəssisləri araşdırır. 

 

Faktla əlaqədar araşdırmalar davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 332

Oxşar yazılar