Bu gün Bakı metrosunda texniki nasazlıq baş verib. Lent.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, saat 12 radələrində Nərimanov metro-stansiyasında qatar 25 dəqiqə yubanıb. Bundan sonra vaqonlarda olan sərnişinlər platformaya çıxarılıb və qatar qoşqu vasitəsi ilə depoya göndərilib.
Xəttə əlavə qatar buraxılıb və normal hərəkət bərpa edilib.