Bakıda qardaşı oğlunu güllələyən kişinin məhkəməsi başladı
21 noyabr 2014 12:43 (UTC +04:00)

Bakıda qardaşı oğlunu güllələyən kişinin məhkəməsi başladı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qardaşı oğlunu öldürməyə cəhddə ittiham olunan 1967-ci il təvəllüdlü Oqtay Cəfərovun cinayət işi üzrə məhkəmə başlayıb.

Lent.az-ın məlumatına görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası olub. Məhkəmə baxışı dekabrın 2-nə təyin edilib.

Qeyd edək ki, Oqtay Cəfərov bu ilin avqustun 1-də Pirallahı rayonunun Gürgən qəsəbəsində qardaşı oğlunu öldürməyə cəhd edib. Qəsəbə sakini, əvvəllər məhkum olunmuş, 1967-ci il təvəllüdlü Oqtay Cəfərov sərxoş vəziyyətdə xuliqanlıq zəminində sənədi olmayan ov tüfəngi ilə qardaşı oğlu, 1982-ci il təvəllüdlü Niyazı Cəfərovu güllələyib.

Nəticədə baş nahiyəsindən xəsarət alan Niyazi Cəfərov xəstəxanaya yerləşdirilib. Pirallahı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Oqtay Cəfərov tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 633
avatar

Səlcuq Elçin

Oxşar yazılar