
Bakıda qanunsuz qumarxana aşkarlandı
APA TV-nin xəbərinə görə, idarəyə daxil olan məlumatda Xətai rayonu, Zığ yolu-15 ünvanında fəaliyyət göstərən kafedə qanunsuz “poker” kart qumar oyunlarının təşkil edilməsi bildirilib.
Keçirilən əməliyyat tədbiri nəticəsində obyektdə icarə əsasında fəaliyyət göstərən Süleyman Vəliyev, həmin kafenin administratorları Zəmanət Hüseynli, Vasif Hacıyev və orada qumar oynayan daha 5 nəfər şəxs saxlanılıb. Araşdırma zamanı adları qeyd olunan şəxslər həmin obyektdə qanunsuz qumar oyunları təşkil etdiklərini etiraf ediblər.
Baxış zamanı obyektdən “poker” oyun kart dəsti, qumar oyunlarına qoyulan pul vəsaiti maddi sübut kimi aşkar olunaraq götürülüb.
Qeyd olunan faktla bağlı Baş İdarədə başlanılan araşdırmalar davam etdirilir.
Oxşar yazılar

Sumqayıtda dəniz sahilində TƏHLÜKƏLİ ANLAR: arvadına maşın verdi, polis hər ikisini saxladı-VİDEO
13 iyul 2025 , 00:28
Daşkəsəndə 23 yaşlı gənc sirkə turşusundan zəhərləndi
13 iyul 2025 , 00:12
Xaçmazda "Range Rover" çaya aşdı
12 iyul 2025 , 23:01
Gəncədə partlayışda ağır yaralanan kişi 8 gün sonra öldü
12 iyul 2025 , 22:01
Naftalan sanatoriyasında Özbəkistan vətəndaşının meyiti tapıldı
12 iyul 2025 , 21:55
Ağdaşda FACİƏ: 14 yaşlı yeniyetmə arxda boğuldu
12 iyul 2025 , 20:314 qutu prezervativə görə tutuldu - VİDEO
12 iyul 2025 , 20:00