Avqustun 22-nə keçən gecə, saat 00 radələrində Bakı şəhərinin Suraxanı rayonunda qanlı hadisə baş verib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Qaraçuxur qəsəbəsi ərazisində, Z.Qurbanov küçəsi 6 ünvanında yaşayan 1985-ci il təvəllüdlü Talıbov Ömər Fəxrəddin oğlu kürək nahiyəsindən bıçaqlanıb. Yaralı ağır vəziyyətdə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Ö.Talıbovu dindirmək hələ də mümkün olmayıb.
Polisdən verilən məlumatda bildirilir ki, gecə saatlarında 28 yaşlı oğlana küçədə arxadan yaxınlaşan naməlum şəxs hadisəni törətdikdən sonra bıçağı da götürərək aradan çıxıb. Yaralını xəstəxanaya hadisə yerinin yaxınlığından keçən şəxslər çatdırıblar.