Fevralın 22-nə keçən gecə Bakıda bıçaqlanma hadisəsi baş verib. Yasamal rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, rayon ərazisindən 1985-ci il təvəllüdlü Məmmədov Əli Elçin oğlu bıçaq xəsarəti ilə Kliniki Tibbi Mərkəzə gətirilib. Yaralı polisə bildirib ki, özü-özünü bıçaqlayıb.
Fakt üzrə araşdırmalar davam etdirilir.