İyunun 26-da Bakıda qətl hadisəsi törədilib. Xətai rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, M. Rüstəmov küçəsində, 4/6 saylı binanın qarşısında Mingəçevir şəhər sakini, 1992-ci il təvəllüdlü Əhmədov Şirvani Səid oğlu şəxsi münasibətlər zəminində 20-25 yaşlarında olan Nicat adlı şəxsə külünglə müxtəlif xəsarətlər yetirib. Nicat aldığı xəsarətlərdən xəstəxanada keçinib. Ş. Əhmədov bundan əlavə, Cəlilabad rayon sakini, 1980-ci il təvəllüdlü Samir Babayevə də külünglə xəsarət yetirib. S. Babayev xəsarətlə 3 saylı Şəhər Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Hadisəni törədən Ş. Əhmədovun tutulması istiqamətində iş aparılır.
Bakıda qanlı dava: ölən və yaralanan var
2619