Bakıda qadınların çantasına girən kişi tutuldu
19 noyabr 2015 12:26 (UTC +04:00)

Bakıda qadınların çantasına girən kişi tutuldu

Bakıda cibgirliklə məşğul olan şəxs tutulub. Lent.az Bakı şəhər Baş Polis İdarəsinə istinadən xəbər verir ki, Yasamal RPİ 29-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cibgirlik yolu ilə oğurluq əməlləri törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunan 1977-ci il təvəllüdlü Ramil Məlikov tutulub. Şübhəli şəxsin üzərindən 0,153 qram heroin aşkar olunaraq, götürülüb.

 

Ətrafında keçirilən əməliyyat-axtarış, istintaq tədbirləri ilə müəyyən edilib ki, o, noyabrın 11-də 77 saylı xətt avtobusunda Bakı şəhər sakinləri – Aysel Xəlilovanın, noyabrın 15-də və 16-da 96 saylı xətt avtobusunda Xəyalə Manaflının, Zöhrə Salmanovanın əl çantalarından pul, sənədlər və bank kartlarını gizli yolla talayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 98
avatar

Oxşar yazılar