Bakı şəhərinin Suraxanı rayonu ərazisində avtomobildən oğurluğa cəhd edilib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Əmircan qəsəbəsi, Əzizbəyov küçəsində Xətai rayon sakini 1969-cu il təvəllüdlü Vera Şikovaya məxsus “Kia Rio” markalı avtomobilin qapı əlcəyi və şüşələri sındırılıb.
Polisə müraciət edən 44 yaşlı qadın deyib ki, naməlum şəxs və ya şəxslər avtomobildən oğurluğa cəhd göstərib.
Hazırda faktla əlaqədar araşdırmalar davam etdirilir.