Bakıda qadının avtomobilinə soxuldular
18 yanvar 2015 14:03 (UTC +04:00)

Bakıda qadının avtomobilinə soxuldular

Bakıda qadının avtomobilindən oğurluq olub. Lent.az-ın məlumatına görə, hadisə Bünyad Sərdarov küçəsi 8 ünvanının qarşısında qeydə alınıb. Qax rayonunun Qıpçaq kəndində anadan olmuş Yusibova Arzu Hüseyn qızına məxsus “Hyundai” markalı avtomobilin qapısının açıq qalmasından istifadə edən şəxs və ya şəxslər avtomobilə soxulub. Maşından 250 manat pul və içində sənədlər, eləcə də 3 ədəd eynək olan əl çantası oğurlanıb.

 

Faktla bağlı araşdırmalar aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 215

Oxşar yazılar