Bakıda qadını doğrayıb, dərisini soyan cinayətkar kimdir? - TƏFƏRRÜAT
14 mart 2013 18:02 (UTC +04:00)

Bakıda qadını doğrayıb, dərisini soyan cinayətkar kimdir? - TƏFƏRRÜAT

Martın 13-də Bakının Binəqədi rayonu ərazisində doğranmış qadın meyitinin tapılması ilə bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir. Lent.az-ın məlumatına görə, Binəqədi rayonunun Baksol qəsəbəsi yaxınlığındakı ümumi zibillikdə tapılan qadın bədən üzvlərinin kimə məxsus olması hələ də məlum deyil. 30-35 yaşlı qadına məxsus olan bədən əzaları arasında onun baş və sol ayağı istisna olmaqla, digər bədən üzvləri (əlləri və sol ayağı, sinə hissəsi və s.) doğranmış formada qara sellofan torbalarda tapılıb. Ən dəhşətlisi isə odur ki, qadın öldürüldükdən sonra onun dərisi soyulub.

 

Verilən digər məlumata görə, qadının əl barmaqlarından onun baxımlı xanım olması müəyyən edilib. Qadının dırnaqlarındakı bahalı boya və manikür bunu deməyə əsas verib.

 

Məsələ ilə bağlı Bakının müxtəlif rayonlarında polis əməliyyat qrupları da yaradılıb. Artıq axtarışlar bütün şəhərdə davam edir. Polisin işini çətinləşdirən məqam isə qadının başının hələ də tapılmaması, son günlərdə paytaxtda belə bir qadının itkin düşməsi, qaçırılması və ya digər formada polisə şikayətin daxil olmaması kimi məqamlardır. Bununla belə bütün aidiyyatı qurumlara sorğular göndərilib. Hazırda məlum hadisə ilə bağlı əsas iş zibilyığan yük maşınlarının marşrutu üzrə yerləşən rayonlarda, əsasən də paytaxtın Nizami rayonunda aparılır. Çünki zibildaşıyan avtomobillərin sürücüləri bildiriblər ki, zibilləri əsasən paytaxtın Keşlə qəsəbəsindən və Babək prospekti ətrafından götürüblər.

 

Hüquq-mühafizə orqanlarından Lent.az-a bildirilib ki, bu kimi xüsusi amansızlıq və qəddarlıqla törədilmiş cinayətə çox nadir hallarda rast gəlinir. Hadisəni törətmiş şəxs və ya şəxslərin hər hansı formada manyak olması, başqa cinayətlərə bulaşması da istisna deyil. Hazırda dəhşətli cinayəti törətmiş şəxs və ya şəxslərin tutulması, qaranlıq qalan məqamların aydınlaşdırılması istiqamətində iş aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7333
avatar

Nizam Rza

Oxşar yazılar