Bakıda qadın qudasının qanını tökdü
01 may 2013 10:09 (UTC +04:00)

Bakıda qadın qudasının qanını tökdü

Ötən gün saat 16:40 radələrində Bakının Binəqədi rayonunda qadın qudalar arasında mübahisə qanla nəticələnib. Binəqidi rayon Polis İdarəsinin 4-cü polis bölməsindən anspress-ə verilən məlumata görə, hadisə Rəsulzadə qəsəbəsi, Cəfər Cabbarlı küçəsi 28 ünvanında baş verib. 1969-cu il təvəllüdlü Sevinc Cabbarova mübahisə zəminində qudası 1963-cü il təvəllüdlü Səfurə Əbdülovanın boğazını bıçaqla kəsib. Qadın ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Qudasının boğazını kəsən Sevinc Cabbarova isə polis tərəfindən saxlanılıb.

Hadisənin səbəblərinə gəlincə, Sevinc Cabbarova qızının əri tərəfindən döyülməsi barədə oğlanın anasına şikayət edib. Qadın qızının mütamadi olaraq əri tərəfindən döyülməsini bildirib. Lakin Səfurə Əbdülova oğlunun əməlinə haqq qazandırıb. Buradan da mübahisə başlanıb. Mübahisə əlbəyaxa davaya, saçyolduya keçib. Nəticədə 44 yaşlı qadın 50 yaşlı qudasına bıçaqla hücum edib.

Faktla bağlı araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1647
avatar

Oxşar yazılar