Bakıda qadın polis şücaət göstərdi <span style="color:red;">– cinayətkar yaxalandı
03 noyabr 2015 13:07 (UTC +04:00)

Bakıda qadın polis şücaət göstərdi – cinayətkar yaxalandı

Bakıda qadına qarşı soyğunçuluq etmək istəyən şəxs tutulub. Lent.az-ın məlumatına görə, dünən saat 20:30 radələrində 1955-ci ildə Tovuz rayonunda anadan olmuş Elmira Həsənova naməlum şəxsin hücumuna məruz qalıb. Qadının əlindəki dəri çantanı (içində 450 manat, bank kartları və s. olub) alıb qaçmaq istəyən şəxs yaxınlıqdan keçən polis serjantı, 1986-cı il təvəllüdlü Aygün Səmədovanın müdaxiləsi nəticəsində niyyətini sona çatdıra bilməyib. Hadisə yerindən uzaqlaşmaq istəyən soyğunçu dərhal saxlanılaraq Nizami rayon Polis İdarəsinə təhvil verilib.

 

İlkin araşdırmalar nəticəsində soyğunçuluq etmək istəyən şəxsin 1986-cı il təvəllüdlü Xudadatov Elçin Nadir oğlu olması müəyyən edilib. Araşdırma aparılır.

# 125
avatar

Oxşar yazılar