APA-nın məlumatına görə, Yusif Səfərov küçəsində, Bakı Şəhər Baş Polis İdarəsinin binası qarşısında yolu keçmək istəyən piyada, 52 yaşlı Solmaz Zeynalovanı “Hover” markalı, 99 GF 993 dövlət nömrə nişanlı avtomobil vurub.
S. Zeynalova çanaq sümüklərinin hər iki qapağının sınığı diaqnozu ilə Klinik Tibbi Mərkəzə yerləşdirilib
Avtomobilin sürücüsü hadisə yerində olsa da, qəza barədə məlumat vermək istəməyib.
Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.
S. Zeynalovanın BŞPBİ-də mülki işdə çalışdığı, hadisənin də işə getmək üçün yolu keçmək istəyərkən baş verdiyi bildirilir.