Bakıda bıçaqlanma hadisəsi baş verib. Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün səhər saatlarında Ramana qəsəbəsində yerləşən “Şuşa” məcburi köçkün şəhərciyində qeydə alınıb. 1980-ci il təvəllüdlü Şəlalə Kərim qızı Məmmədova naməlum şəraitdə özünü bıçaqlayıb.
Ş. Məmmədova ağır xəsarətlə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.